AZ

Fənərbaxça da seçkilərin tarixi dəyişir?

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

''Fənərbaxça''da iyunun 6-7-də baş tutacaq növbədənkənar seçkilərin tarixinin dəyişdirilməsi gündəmdədi. Məsələ burasındadı ki, Türkiyə Futbol Federasiyasının qərarı ilə iyunun 1-də Türkiyə yığmasının Şimali Makedoniyaya qarşı keçirəcəyi hazırlıq oyunu məhz ''Fənər''in meydanında, yəni ''Çobani'' stadionunda baş tutacaq. Yığmanın matçından cəmi 5 gün sonra seçkilərin olması camiədə narahatlıq doğurur. Klubun rəsmi üzvlərinin sayı çox olduğundan seçkilər də stadionda keçiriləcək. Ona görə də tarixin dəyişdirilməsi məsələsi aktuallaşıb. Namizədlərdən Hakan Safi tarixin irəli çəkilməsini təklif edərək bunları deyib:

''Fənər''in itirəcək bir dəqiqəsi də yoxdu. Komanda iyunun 25-də yeni mövsümə hazırlıqlara start verəcək. Başqan seçilmək və sürətli şəkildə Çempionlar Liqasına vəsiqə qazanacaq bir komanda qurmaq istəyirəm''. Digər namizəd Əziz Yıldırım isə seçkilərin tarixinin dəyişdirilməsinin tərəfdarı deyil: ''Tarixin dəyişdirilməsinin bir mənası yoxdu. Biz seçkilərin əvvəlcədən açıqlanan tarixdə keçirilməsini istəyirik. Önümüzdə dünya çempionatı var. Transferlərlə bağlı çox önəmli addımlar atmağı planlaşdırırıq. ''Fənər''in mənfəəti üçün seçkilər öz tarixində baş tutmalıdı''.

Bununla bağlı hazırki başqan Sadəttin Saran yeni bir açıqlama verib. O bildirib ki, seçkilərin tarixi ilə bağlı son qərar bazar ertəsi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, Saran, eləcə də Əli Koç bu seçkilərdə namizəd olmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
icma.az

2Mənbələr