AZ

"Qalatasaray" İtaliya klubu ilə danışıqlara başladı

"Qalatasaray" növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Bolonya"da çıxış edən Conatan Ronunu transfer etmək istəyir. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" İngiltərə U-21 millisinin sabiq üzvü üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Bolonya" Conatan Rounu 2025-ci ilin avqustunda "Marsel"dən 17 milyon avroya transfer edib. 23 yaşlı vinger A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
38
sportal.az

1Mənbələr