Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya münasibətlərində böhran görmür.
"Armenpress"in məlumatına görə, Qriqoryan bunu jurnalistlərə bildirib.
Qriqoryan qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin geniş gündəliyi var:
“Bu mənada, bütün münasibətlər spektrini nəzərə alsaq, bəzi yerlərdə problemlər ola bilər, amma ümumilikdə münasibətlərdə böhran görmürəm”.
"Cebheinfo.az"