AZ

"Türk musiqisini qətl edirsiniz, oxuya bilmirsiniz" - Bülənt Ərsoyu "yıxıb-sürüdü"

Türkiyəli müğənni Yılmaz Morgül qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib.

Sənətçi bu dəfə türk musiqisinin divası Bülent Ersoy haqqında səsləndirdiyi sərt fikirlərlə diqqət çəkib.

Yılmaz Morgül açıqlamasında Bülənt Ərsoyun artıq əvvəlki səhnə performansını göstərə bilmədiyini iddia edib. O, sənətçini fonoqramdan istifadə etməkdə və bek-vokalistlərin köməyinə müraciət etməkdə ittiham edib:

"Siz səhnəyə Tarkan ilə oxuduğunuz fonoqram mahnı ilə çıxırsınız. Bek-vokalistlərə mahnıları oxudursunuz. Artıq səhnədə 10 il əvvəlki Bülənt Ərsoy performansını göstərə bilmirsiniz".

Morgül bununla kifayətlənməyərək, mərhum Huysuz Virjin obrazının təqlid edildiyini də iddia edib. Müğənni Bülənt Ərsoyun türk sənət musiqisini əvvəlki kimi ifa edə bilmədiyini deyərək sərt ifadələr işlədib: 

"Artıq oxuya bilmir, acı həqiqət budur. Türk sənət musiqisini qətl edir. Əsərləri artıq oxuya bilmirsiniz. Səhnədə yalnız mikrofona qışqırmaqla kifayətlənirsiniz".

Qalmaqallı açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Yılmaz Morgülün fikirlərini sərt hesab etsə də, digərləri onun səsləndirdiyi iddiaların diqqətçəkən olduğunu bildirib. Hazırda Bülənt Ərsoy tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib./Milli.Az

Seçilən
5
1
musavat.com

2Mənbələr