AZ

Neftin bahalaşması Rusiyanı xilas etməyəcək

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qlobal neft qiymətlərinin yüksəlməsinə baxmayaraq, Rusiyada büdcə gəlirləri eyni səviyyədə artmayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin aprel ayında neft və qaz gəlirləri 855 milyard 600 milyon rubla (təxminən 11 milyard 400 milyon dollar) çatıb.

Bu göstərici əvvəlki ayla müqayisədə 38,7 faiz artım demək olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz daha aşağı olub. Beləliklə, yüksək qiymətlərin büdcəyə təsiri məhdud qalıb.

Bu vəziyyətin əsas səbəblərindən biri neft emalı zavodlarına verilən subsidiyaların artması olub. Dövlət daxili bazarda yanacaq qiymətlərini sabit saxlamaq üçün neft şirkətlərinə subsidiya ödəyir. 

Mart ayı üçün apreldə həyata keçirilən bu ödənişlər 207 milyard 500 milyon rubla (təxminən 2 milyard 770 milyon dollar) yüksələrək son dövrün ən yüksək səviyyəsinə çatıb. Bu dəstəklər neft qiymətlərindəki artımdan əldə edilən gəlirin mühüm hissəsinin yenidən büdcədən sektora yönəldilməsinə səbəb olub.

Gəlirləri məhdudlaşdıran digər amil isə hasilat və vergi sistemi ilə bağlı olub.Neft hasilatının azalması və əlavə gəlir vergisi üzrə daxilolmaların aşağı düşməsi büdcəyə daxil olan ümumi vəsaiti azaldıb.

Mütəxəssislərin fikrincə, şirkətlərin xərclərinin artması da vergi bazasını daraldaraq dövlət gəlirlərinə təzyiq göstərir.

Eyni zamanda güclü rubl neft gəlirlərinin milli valyuta ilə ifadə olunan dəyərini məhdudlaşdıran əsas faktorlardan biri kimi göstərilir.

RBC-yə danışan ekspertlər bildirirlər ki, dünya bazarında neft qiymətləri artsa belə, bu artım Rusiya büdcəsində tam şəkildə əks olunmur.

Artan subsidiyalar, azalan hasilat və zəifləyən vergi gəlirləri neft gəlirlərinin əhəmiyyətli hissəsini əridir.

Mütəxəssislər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, neft qiymətlərindəki artımın büdcəyə töhfəsi bundan sonra da məhdud qalacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr