AZ

Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU

Xəbər verdiyimiz kimi, Kürdəmirdə 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğur oğlu bıçaqlanıb.

Ölkə.Az xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sözçüsü Elvira Cavadova Bizim.Media-ya açıqlamasında bıçaqlanan şəxsin son durumu barədə məlumat verib:

“09.05.2026-cı il tarixində saat 09:45 radələrində xəsarət alması səbəbilə 1998-ci il təvəllüdlü şəxs (kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol kürəyin qoltuq altı nahiyəsinin və belin kəsilmiş, deşilmiş yaraları diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, bıçaqlanma hadisəsi rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində kənd sakini 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğur oğlu bir neçə bıçaq xəsarəti alıb.

Seçilən
14
2
olke.az

3Mənbələr