AZ

“Hamı məndən soruşur ki, niyə susuram?” - VİDEO

“Hamı məndən soruşur ki, niyə susuram?”

Bloger Aysel Həsəni İlkin Həsəninin “İki başlı” verilişində yer alan zarafat videosuna bu cür münasibət bildirib.

Aysel Həsəni sosial şəbəkələrdə ona çoxsaylı mesajlar gəldiyini qeyd edib: 

“İlkinin verilişdə məşhur xanımlara zəng etməsi ilə bağlı mənə çoxlu mesajlar gəlir. Hamı həmin videonu göndərib “niyə susursunuz?” deyə soruşur. Təbii ki, zəng etdiyi xanımların hər biri bizim üçün doğmadır - həm mənim, həm də İlkin üçün. Yəni bu məsələ düşündüyünüz qədər problemli deyil”.

Qeyd edək ki, “İki başlı” verilişinin qaydalarına əsasən uduzan aparıcı İlkin Həsəniyə maraqlı tapşırıq verilib. Elşən Orucov həmkarına tanınmış müğənni və aktrisalara zəng edərək sevgidən danışmağı tapşırıb. İlkin Həsəni də bu şərti yerinə yetirərək bir neçə məşhura zəng edib. (Yeni Sabah)

Seçilən
1
3
musavat.com

4Mənbələr