Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Kanal D"-də yayımlanan "Eşref Rüya" serialının son bölümündə Eşref Tek, “Z nəsli” gənclərinə verdiyi öyüdlərdən sonra bu dəfə ata olmaq mövzusunda dediyi “Bir qızım olsun, bizim kimi olmasın” cümləsi ilə diqqət çəkib.
Sherg.az xəbər verir ki, çərşənbə axşamları yayımlanan serial, sosial hadisələrə verdiyi mesajlarla gündəmdə olmağa davam edir. Bu həftəki bölümdə Çağatay Ulusoyun canlandırdığı Eşref Tekin daxili düşüncələri izləyicilərin diqqətini çəkib.
Nisanın hamilə olduğunu öyrəndikdən sonra yeni həyat qurmaq xəyalları quran Eşref, kamerada Gürdal ilə söhbət edərək hisslərini bölüşüb. Körpənin qız olmasını istədiyini deyən Eşref belə bildirib:
“Qız olsun Gürdal… Oğlan olub bizim kimi olmasın. Yaxşı insan olsun, məktəb oxusun, müəllim olsun. Vətənə, millətə faydalı bir övlad olsun.”
Serialın əvvəlki bölümlərində də Eşref Tek “Z nəsli” ilə söhbətində gündəmə gəlmişdi. “Mən sizin düşündüyünüz adam deyiləm” deyərək başlayan Eşref, gənclərə zorakılıqdan uzaq durmağı tövsiyə etmişdi:
“Bu həyat, kompüter oyunlarında gördüyünüz kimi deyil. Əlinizdəki silahları buraxın, qələm tutun. Ailənizi incitməyin.”
TİMSBİ istehsalı olan "Eşref Rüya" serialı yeni bölümləri ilə hər çərşənbə Kanal D-də yayımlanmağa davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.