AZ

Bərdədəki 40 min manatlıq oğurluğun VİDEOSU

Bərdə rayonunda yerləşən iki mağazada ödəmə terminallarından 40 min manat oğurlanıb.

Bu barədə News365.az-a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 


Seçilən
2
24
news365.az

10Mənbələr