AZ

Azərbaycan cüdoçuları Astanada ikinci günü medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları yarışın ikinci gününü medalsız tamamlayıblar.

90deqiqe.Az-ın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşdə Monqolustan təmsilçisi Anxzaya Lavjarqal ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibinə məğlub olan idmançımız medal qazanmaq şansını əldən verib.

Qadınların 70 kiloqram çəki dərəcəsində çıxış edən Südabə Ağayeva isə 1/8 final mərhələsində almaniyalı Miriam Butkereyt ilə qarşılaşıb. Cüdoçumuz bu görüşdə məğlub olaraq turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

Seçilən
65
90deqiqe.az

1Mənbələr