AZ

Ronaldonun oğlu bu iki klubdan birinə keçə bilər

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Avropanın aparıcı çempionatlarından birinə keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, gənc futbolçu Portuqaliyanın “Sportinq” və ya Almaniyanın Dortmund “Borussiya”sına transfer oluna bilər.

Bildirilir ki, Ronaldo Junior karyerasını Avropada davam etdirmək istəyir. O, daha əvvəl atası həmin klublarda çıxış edərkən “Yuventus” və “Mançester Yunayted”in aşağı yaş qruplarında oynayıb.

Seçilən
35
publika.az

1Mənbələr