AZ

ÜST dəhşətli virusla bağlı  təcili XƏBƏRDARLIQ YAYDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İspaniyaya gedən kruiz gəmisinin sərnişinləri arasında "Andes virusu" (ANDV) növündən olan hantavirusa altı nəfərin yoluxduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi bəyanat təşkilatın internet saytında dərc olunub.

ÜST-ün məlumatına görə, mayın 8-nə olan vəziyyətə əsasən, ümumilikdə səkkiz yoluxma halı qeydə alınıb və xəstəliyə tutulanlardan üçü dünyasını dəyişib.

Təşkilat bu infeksiyanın dünya əhalisi üçün yayılma riskini aşağı, lakin gəmidəki sərnişinlər və ekipaj üzvləri üçün orta səviyyədə qiymətləndirib.

Eyni zamanda bildirilib ki, milli səhiyyə qurumları Beynəlxalq Səhiyyə Qaydaları mexanizmi vasitəsilə məlumatlandırılıb və hazırda sərnişinlərin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi prosesi həyata keçirilir.

Xatırladaq ki, mayın əvvəlində Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz gəmisində hantavirus epidemiyası baş verib. Karantin tətbiq edilməzdən əvvəl təxminən 40 nəfər Müqəddəs Yelena (Santa-Elena) limanında gəmini tərk edə bilib. Hazırda göyərtəsində 150 nəfərin olduğu gəmi İspaniya istiqamətində hərəkətini davam etdirir.

Musavat.com

Seçilən
63
1
musavat.com

2Mənbələr