Məşhur niderlandlı futbolçu Ruud Qullit “Çelsi”dəki vəziyyətdən narahatdır. “Mavilər” uğursuz mövsüm keçirirlər. Komanda 35 oyundan sonra Premyer Liqa turnir cədvəlində doqquzuncu yerdədir.
Publika.az xəbər verir ki, “Goal” qəzeti 1995-ci ildən 1998-ci ilə qədər London komandasında oynamış Qullitdən sitat gətirib: “Ümid edirəm ki, “Çelsi” “Tottenhem”lə eyni aqibəti yaşamayacaq. Komandanın yenidən uğur qazanmasını istəyirəm. Bunu illərdir deyirəm, amma yenə də klubun fəlsəfəsini anlamaqda çətinlik çəkirəm”.