AZ

Uşakov: "Üçtərəfli danışıqlar dayandırılıb"

“Ukrayna üzrə üçtərəfli danışıqlara fasilə verilib”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Hazırda heç kim danışıqlardan bəhs etməyib. Müzakirələr dayandırılıb və növbəti mərhələ ilə bağlı hər hansı razılığa gəlinməyib", - deyən Uşakov, danışıqların "yəqin ki, yenidən başlayacağını", lakin bunun nə vaxt baş verəcəyinin məlum olmadığını əlavə edib.

Uşakov vurğulayıb ki, növbəti danışıqlar mərhələsindən əvvəl hər iki tərəfin nə etməli olduğu aydındır:

“Hər iki tərəf dedikdə, ilk növbədə Ukrayna tərəfini nəzərdə tuturam. Ukrayna tərəfi növbəti mərhələnin uğurlu olması üçün nə edilməli olduğunu bilir".

Seçilən
63
cebheinfo.az

1Mənbələr