Göygöldə tanışını qətlə yetirməkdə təqsirləndirilən Xəyal Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Aznews.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.