AZ

PSJ-də itkilər var

style='margin-bottom:10px;'>

PSJ "Brest"lə oyundan öncə üç futbolçusunun zədələndiyini açıqlayıb.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının "Bavariya" ilə yarımfinal matçından sonra Nunu Mendeş, Vilyan Paço və Uorren Zair-Emeri zədələnib.

Bildirilir ki, Mendeş və Paçonun sağ bud nahiyəsində zədə aşkarlanıb və hər iki futbolçu müalicə alacaq. Zair-Emeri isə belindəki ağrılar səbəbindən qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, "Brest"lə qarşılaşma mayın 10-da baş tutacaq. Luis Enrikenin komandası hazırda Liqa 1-də liderdir və ən yaxın izləyicisi "Lans"ı 3 xal qabaqlayır.

Seçilən
79
teleqraf.com

1Mənbələr