Hadisə rayonun Bəhmətli kəndində fərdi təsərrüfatlardan birində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 34 yaşlı Yusif Məmmədli yaşadığı evin həyətyanı sahəsində alça ağacından yıxılıb.
Hadisə zamanı Yusif Məmmədlinin sağ aşağı ətrafın baldır sümüyü sınıb.
O yaxınlarının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər ilkin tibbi yardım göstərəndən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta