AZ

Azərbaycan Serbiya: mədəniyyət körpüsü FOTO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Azərbaycan-Serbiya. Mədəniyyət Körpüsü" adlı konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş etdi. İki ölkənin zəngin musiqi ənənələrini bir araya gətirən bu layihə mədəniyyətlərarası dialoqun parlaq nümunəsinə çevrildi.Konsertdə Azərbaycanı Əməkdar artist Afaq Abbasova (soprano), Serbiyanı isə tanınmış ifaçı Ljubica Vraneš (mezzo-soprano) təmsil etdi. İfaçıları pianoçular Tofiq Şıxıyev və Vladimir Stepanoviç müşayiət etdilər.Proqram Serbiya bəstəkarlarının əsərləri ilə başlayaraq, daha sonra Azərbaycan və dünya klassik vokal musiqisinin inciləri ilə davam etdi. Konsertdə J.Marinovic, R.Pešut, I.Bajić, N.Grbić kimi serb bəstəkarlarının mahnıları, həmçinin T.Quliyev və A.Zeynallının əsərləri səsləndirildi. Bununla yanaşı, G.Donizetti, G.Puccini, J.Verdi, E.Kalman, J.Offenbach, G.Bizet kimi dünya şöhrətli bəstəkarların operalarından məşhur ariyalar ifa olundu.Gecədə tenor Fəhmin Əhmədli də çıxış edərək proqramı daha da zənginləşdirdi. Konsert boyu ifaçıların yüksək vokal ustalığı, emosional təqdimatı və səhnə mədəniyyəti musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılandı.Xüsusilə duet nömrələri - J.Offenbach "Barkarolla" və E.Curtis-in "Non ti scordar di me" əsərləri gecənin ən yaddaqalan məqamlarından oldu. Finalda səslənən "Karmen" operasından "Xabanera" ariyası isə konsertə parlaq yekun vurdu.

"Azərbaycan-Serbiya. Mədəniyyət Körpüsü" konserti iki xalqın musiqi ənənələrinin yaxınlığını nümayiş etdirməklə yanaşı, beynəlxalq mədəni əməkdaşlığın inkişafına töhfə verən əlamətdar sənət hadisəsi kimi yadda qaldı.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
news.milli.az

1Mənbələr