Sabah Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndəriləcək.
Anews.az xəbər verir ki, ixrac çərçivəsində Ermənistana 16 vaqon dizel yanacağı çatdırılacaq.
Eyni zamanda, Azərbaycan ərazisi vasitəsilə tranzit olaraq Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl daşınacaq.
Yüklər Azərbaycan Dəmir Yolları-nın Biləcəri stansiyasından yola salınacaq.