AZ

"Yeşilçam"ın 71 yaşlı ulduzu illərə meydan oxuyur: Son halı görənləri heyran etdi - FOTOLAR

Yeşilçamın unudulmaz ulduzu, Türk kinosunun əfsanəvi simalarından olan 71 yaşlı Gülşen Bubikoğlu sosial mediadakı son paylaşımı ilə yenidən gündəmə gəlib. 

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə ustad aktrisanın fotolarına "illərə meydan oxuyur" kimi çoxsaylı şərhlər yazılıb.

1973-cü ildə "Yaban" filmi ilə kino karyerasına addım atan, "Ah Nerede", "Gırgıriye" və "Vahşi Gelin" kimi ekran işləri ilə milyonların sevgisini qazanan Bubikoğlu, şəxsi hesabında yeni fotosunu paylaşıb.

O, paylaşımına “Günəşli bir gün daima yaxşı gəlir” qeydini əlavə edib.

Qısa müddətdə minlərlə bəyənmə toplayan fotoya istifadəçilər tərəfindən çoxlu təriflər yağdırılıb.

İzləyicilər tərəfindən yazılan bəzi şərhlər isə belədir:

"İllərə meydan oxuyan əsl zəriflik"

"Gözəlliyiniz heç dəyişməyib"

"Türk kinosunun ən əsilzadə qadınlarından biri"

"71 yaşında bu qədər zərif qalmaq hər kəsə qismət olmaz"

Türk kinosunun ən gözəl qadınları arasında göstərilən Gülşen Bubikoğlu həm aktyorluq bacarığı, həm də zərifliyi ilə illərdir adından söz etdirməyə davam edir.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr