AZ

İrandan Bəhreynə xəbərdarlıq: Hörmüz boğazı da sizin üçün bağlanacaq

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əgər Bəhreyn ABŞ-nin qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlanacaq.

Bakupost.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib.

Bəhreyndə SEPAH-la əlaqədar 41 nəfərin saxlanılmasına münasibət bildirən İ.Əzizi Manama administrasiyasını ittiham edib.

"Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla hökumətlər ABŞ-nin qərarlarını dəstəkləsələr, ciddi nəticələrlə üzləşəcəklər. Hörmüz boğazı həyati əhəmiyyət kəsb edir. Onu özünüzə əbədi olaraq bağlı etməyin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
www.bakupost.az

4Mənbələr