AZ

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirdiyini açıqlayıb

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubuna yeni hava zərbələri endirildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, zərbələr silah anbarına və pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə olunan meydançaya endirilib. İsrail tərəfi iddia edir ki, həmin obyektlər Hizbullah silahlıları tərəfindən istifadə olunurdu və buradan İsrail ordusunun Livanın cənubundakı mövqelərinə doğru dron hücumları həyata keçirilirdi.

Bundan əlavə, atəşə hazır vəziyyətdə olan iki raket buraxılış qurğusunun da vurulduğu bildirilib. İsrail ordusunun məlumatına görə, onlardan biri daha əvvəl Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbi bölmələrinə qarşı istifadə olunub, digəri vasitəsilə isə İsrail ərazisinə raketlər atılıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
bizimyol.info

1Mənbələr