ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Rusiya pilotsuz uçuş aparatları üçün komponentləri İrana Xəzər dənizi vasitəsilə çatdırır və bu marşrut sanksiyalardan yayınmaq üçün əsas logistika xəttlərindən birinə çevrilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.
Bildirilir ki, Xəzər dənizi Moskva ilə Tehran arasında həm açıq, həm də gizli ticarət üçün mühüm kanaldır. Bu marşrut Rusiya və İrana ABŞ və digər ölkələrin birbaşa nəzarət zonasından kənarda yük daşımalarına imkan yaradır.
Mənbələrin bildirdiyinə görə, bu tədarüklər ötən ay başa çatan ABŞ-İsrail əməliyyatından sonra İranın hərbi potensialını bərpa etməsinə kömək edir. ABŞ rəsmilərindən birinin qiymətləndirməsinə əsasən, İran pilotsuz aparat arsenalının təxminən 60 faizini itirib və hazırkı tədarük tempi davam edərsə, bu ehtiyatı qısa müddətdə bərpa edə bilər.
Nəşr qeyd edir ki, Xəzər dənizi ortaq quru sərhədi olmayan, lakin uzun sahil xətlərinə malik ölkələr arasında faktiki nəqliyyat körpüsünə çevrilib.
Bildirilir ki, eyni marşrutla mülki yüklər — taxıl, heyvan yemi, günəbaxan yağı və digər əsas məhsullar da daşınır.
Ekspertlərin fikrincə, Xəzər dənizi beynəlxalq logistikanın ən az nəzarət olunan istiqamətlərindən biri hesab olunur ki, bu da onu sanksiyalardan yayınmaq və hərbi təchizat daşımaları üçün əlverişli marşruta çevirir.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.