AZ

İranda enerji həyəcanı: Pezeşkian xalqı qənaətə çağırdı

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian yay mövsümünün yaxınlaşması ilə enerji istehlakının artacağını bildirərək, enerjiyə qənaət tədbirlərinin gücləndirilməsinə çağırıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Pezeşkian Tehranda Planlaşdırma və Büdcə Təşkilatına səfəri zamanı enerji qənaəti ilə bağlı açıqlamalar verib.

O qeyd edib ki, yay aylarında xüsusilə soyutma sistemlərindən istifadənin artması enerji şəbəkəsinə əlavə yük yarada bilər. Prezident bu səbəbdən həm dövlət qurumlarının, həm də ictimaiyyətin enerjidən səmərəli istifadəyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.

Pezeşkian bildirib ki, enerjiyə çox sərf edən köhnə elektron avadanlıqlar daha qənaətcil və müasir cihazlarla əvəz olunmalıdır. O, ölkədə enerji qənaəti mədəniyyətinin formalaşdırılması istiqamətində işlərin davam etdirildiyini də qeyd edib.

İran prezidenti əlavə edib ki, enerji şəbəkəsinə təzyiqin azaldılması üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
icma.az

2Mənbələr