AZ

Qətər və Misir İran-ABŞ atəşkəsini müzakirə edib

BAKI, TurkicWorld

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani ilə Misirin xarici işlər naziri Bədr Əbdülati arasında telefon danışığı zamanı regiondakı son vəziyyət və İran-ABŞ atəşkəsi müzakirə olunub.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, tərəflər ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs razılaşması və bölgədə təhlükəsizliklə sabitliyin möhkəmləndirilməsinə yönəlmiş gərginliyin azaldılması təşəbbüsləri barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı Şeyx Məhəmməd bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət yanaşmasının vacibliyini vurğulayıb. O bildirib ki, böhranın əsas səbəblərinin dialoq və sülh yolu ilə aradan qaldırılması üçün şərait yaradılmalıdır.

Qətərin Baş naziri qeyd edib ki, əsas məqsəd yenidən eskalasiyanın qarşısını alacaq davamlı razılaşmanın əldə edilməsidir.

Tərəflər, həmçinin Qətər və Misir arasında əməkdaşlıq məsələlərini və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

Seçilən
66
turkic.world

1Mənbələr