AZ

İrandan kritik şərt: Nüvə məsələsi üçün əvvəl müharibə dayandırılmalıdır

BAKI, TurkicWorld

İran bəyan edib ki, nüvə proqramı ilə bağlı məsələlər danışıq prosesinin ən son mərhələsində müzakirə edilməlidir.

TurkicWorld xəbər verir ki, Tehranın irəli sürdüyü 14 maddəlik plana əsasən, İranın əsas prioriteti bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. Xüsusilə Livanın cənubu və “Hizbullah”la bağlı vəziyyətin Tehran üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Məlumata görə, İran tərəfi danışıqlarda əldə olunacaq hər hansı irəliləyişin “Hizbullah” və bölgədəki müttəfiq qüvvələrlə bağlı proseslərlə əlaqəli olduğunu hesab edir.

Tehran bildirib ki, İsrail və Livan arasında atəşkəs əldə olunmadan əvvəl aparılan görüşlərdə irəliləyişə getməməsi də bu yanaşmanın davamıdır.

Bundan əlavə, İran Hörmüz boğazı üzərində tam nəzarətə malik olduğunu bəyan edib. Rəsmi Tehran ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması halında həmin nəzarətin yumşaldılmasının mümkün ola biləcəyini qeyd edib.

İran tərəfi, həmçinin müharibənin yenidən başlamayacağına dair beynəlxalq təminatlar tələb etdiyini bildirib.

Tehran vurğulayıb ki, yalnız qeyd olunan məsələlər həll edildikdən sonra nüvə məsələsi və onun detalları üzrə müzakirələrə başlanıla bilər.

Seçilən
50
turkic.world

1Mənbələr