AZ

“Mançester Yunayted” səfərdə xal itirdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 36-cı turu çərçivəsində keçirilən “Sanderlend” – “Mançester Yunayted” qarşılaşması başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Stedium of Layt” stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 0:0.

Matçı Nunitondan olan baş hakim Stüart Atvell idarə edib.

Bu nəticədən sonra “Sanderlend” 48 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 65 xalla üçüncü sırada yer alır.

Növbəti turda “qara pişiklər” mayın 17-də səfərdə “Everton”la qarşılaşacaq. “Qırmızı şeytanlar” isə həmin gün “Nottingem Forest”ı qəbul edəcək.

Seçilən
30
90deqiqe.az

1Mənbələr