Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran ətrafında tətbiq edilən dəniz blokadası başlayandan sonra ABŞ hərbçiləri 58 tankerin istiqamətini dəyişdirib və blokadanı pozmağa cəhd etdiyi iddia olunan dörd gəmini sıradan çıxarıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsində yaydığı açıqlamada deyilir.
“ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasını davam etdirir. Aprelin 13-dən bu günədək ABŞ Mərkəzi Komandanlığı qüvvələri 58 ticarət gəmisinin marşrutunu dəyişdirib və İran limanlarına daxil olmağa və ya onları tərk etməyə çalışan dörd gəmini zərərsizləşdirib”, - deyə məlumatda qeyd edilir.
ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıb. ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, məqsəd İran limanlarına yönələn, eləcə də ölkə sahillərindən çıxmağa çalışan bütün gəmilərin hərəkətini məhdudlaşdırmaqdır.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.