Livana hava zərbəsi nəticəsində 9 nəfər həlak olub
Ajans.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla, bütün ailə üzvləri həlak olub.