AZ

Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

"Cebheinfo.az" xəbər verir ki, ilk yarış günündə milli komandamız bir qızıl, bir gümüş və üç bürünc olmaqla, ümumilikdə beş medal qazanıb.

Mükafatların üçü 66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kq) və Rüfət Şövlətov (73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
15
cebheinfo.az

10Mənbələr