AZ

Ağgöldə lalə dənizi... - Fotolar

Lalələrə bürünən Ağgöl Milli Parkından yeni görüntülər yayılıb. BUTA.TV” xəbər verir ki, görüntülər tanınmış fotoqraf Aleksey Lyokin tərəfindən lentə alınıb.  O, fotolarını “Lalə dənizi - küləklə dalğalanan qırmızı üfüq...” qeydi ilə paylaşıb. Qeyd edək ki, Ağgöl Milli Parkı Azərbaycan Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə yaradılıb. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir. Ağgöl beynəlxalq əhəmiyyət daşıyan, xüsusilə su quşlarının yaşama yeri kimi tanınan və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli bataqlıq ərazilər haqqında” Ramsar Konvensiyası ilə mühafizə olunan su-bataqlıq ərazisidir.












Seçilən
21
buta.tv

1Mənbələr