AZ

“Qarabağ” vacib oyunda xal itirdi

“Qarabağ” Misli Premyer Liqasının 31-ci turunda “Qəbələ”nin qonağı olub.BUTA.TV” xəbər verir ki, Ağdam təmsilçisi bu oyunda xal itirib. Matç 1:1 hesabı ilə başa çatıb. Qurban Qurbanovun komandası daha bir vacib matçda qələbə qazana bilməyib. “Qəbələ” - “Qarabağ” - 1:1 Qol: Kadi Borqes, 29 (0:1), İsmael Akinade, 57 (1:1) Qeyd edək ki, bu heç-heçədən sonra ötən gün “Sabah”ı 1:0 hesabla məğlub edən “Kəpəz”in Premyer Liqada qalacağı da rəsmiləşib.
Seçilən
17
4
buta.tv

6Mənbələr