AZ

Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdam və Ağcabədi rayonlarının kəndlərini birləşdirən yol sel nəticəsində dağılıb.

Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, son günlər bölgədə müşahidə olunan aramsız yağışlar nəticəsində Qarqarçayda suyun səviyyəsi kəskin artıb və güclü sel əmələ gəlib.

Bu səbəbdən Ağdam rayonunun Əfətli kəndi ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi arasında Qarqarçay üzərində salınmış yol uçub.

Hadisə nəticəsində kəndlər arasında nəqliyyat əlaqəsi kəsilib.

Selin ətraf ərazilərə və əkin sahələrinə keçməsinin qarşısı alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
avtosfer.az

2Mənbələr