AZ

Vuçiçin “anti-nasistliyi” - Serbiya lideri “yeni hitlerlər”ə “yox” deyəcəkmiş

“Serbiya II dünya müharibəsində nasistləri dəf etdi və gələcəkdə də hər yeni Adolf Hitlerə qarşı çıxacaq”.

Musavat.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

Dövlət başçısı vurğulayıb ki, "serblər, serb xalqı, harada yaşamalarından asılı olmayaraq, 1940-cı illərin faşizminə açıq şəkildə "yox" deyiblər. Hər gələcək Hitlerə ilk "yox" deyən isə bizim paytaxt olacaq".

Vuçiç əlavə edib ki, serb xalqı "azadlığı sevən, dövlət quruculuğu impulsu üçün çox yüksək qiymət ödəməli olub". Serbiya prezidenti qeyd edib ki, Qələbə Günü onun ölkəsi üçün əlamətdar və simvolik bir gündür.

Vuçiç daha əvvəl Qələbə Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubunu Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenkoya təqdim edib. Serbiya lideri 9 mayı bəşəriyyət tarixində ən sevincli bayramlardan biri adlandırıb.

Xatırladaq ki, 20-ci əsrin sonuncu onilliyində məhz Serbiya vaxtilə bir ittifaqda (Yuqoslaviya) olduğu ölkə və xalqlara qarşı dəhşətli nasizm və genosid siyasəti yeridib. Prezident Slabodan Miloşeviçin rəhbərlik etdiyi serb cəlladlar xorvatları, boşnakları, albanları qırıb-çatıblar. Təkcə Srebrenitsa şəhərində 8 mindən çox kişi bir neçə günün içində məhv edilib. Bu cinayətlərə görə serb generallar Radovan Karaciç və Ratko Mladiç, eləcə də onların tabeliyində olan polkovnik rütbəli şəxslər Haaqa məhkəməsi tərəfindən ağır şəkildə cəzalandırılıblar.

İndi prezident Vuçiç “Serbiya yüksək qiymət ödəməli olub” deyərkən onları və Balkan ölkələrini əsarət altında saxlaya bilməmələrini nəzərdə tutur.

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr