AZ

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ajans.az xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.  Heydər Əliyev siyasi fəaliyyətinə sovet dövründə başlayaraq dövlət təhlükəsizlik orqanlarında və yüksək rəhbər vəzifələrdə çalışıb. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev, daha sonra SSRİ rəhbərliyində təmsil olunub, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büro üzvü olub. 1987-ci ildə SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq istefa verən Heydər Əliyev, 1990-cı ilin 20 Yanvar faciəsini kəskin pisləyib və Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeyi ilə seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilən siyasətçi, 1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran fonunda hakimiyyətə qayıdaraq Azərbaycan prezidenti olub. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib, dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb və müstəqil dövlət quruculuğu prosesi gücləndirilib. Onun təşəbbüsü ilə 1994-cü ildə atəşkəs əldə olunub, “Əsrin müqaviləsi” imzalanıb, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kimi strateji enerji layihələrinin əsası qoyulub. Eyni zamanda hüquqi və demokratik islahatlar həyata keçirilib, 1995-ci ildə Konstitusiya qəbul olunub, ölüm hökmü və senzura ləğv edilib, Azərbaycan Avropa Şurasına üzv qəbul olunub. 2001-ci ildə isə latın əlifbasına keçid və dövlət dilinin tətbiqinin gücləndirilməsi ilə bağlı mühüm fərmanlar imzalanıb.

H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Seçilən
30
Ajans.az

1Mənbələr