AZ

"Qələbə qazanmaq üçün bütün futbolçular can qoymalıdı" - Andrey Demçenko

"Araz-Naxçıvan" Misli premyer-liqasının 31-ci turunda "Sumqayıt"a məğlub oldu - 1:2.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko oyun haqda fikirlərini bölüşüb:

"Bu gün oyunumuz pis alınmadı. Qol vurmaq üçün yaxşı imkanlar oldu. Biz bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün "ölməlisən". Qələbə qazanmaq üçün bütün futbolçular can qoymalıdı. Ancaq bizdə bunu bəzi futbolçular etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidi. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər".
Seçilən
12
5
football-plus.az

7Mənbələr