AZ

“Qalatasaray”dan ardıcıl 4 cü, ümumilikdə 26 cı çempionluq

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Qalatasaray”dan ardıcıl 4-cü, ümumilikdə 26-cı çempionluq

Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, matçların hamısı eyni vaxtda oynanılıb. 

“Antalyaspor” üzərində əzmkar qələbə qazanan “Qalatasaray” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Okan Burukun komandası ardıcıl dördüncü dəfə qızıl medallara sahib çıxıb. Ümumilikdə isə bu, İstanbul klubunun tarixində 26-cı çempionluqdur. 

Səfərdə “Konyaspor”un qonağı olan “Fənərbaxça” 3 xalı 3 qolla qazanıb. Bununla da, İstanbul klubu ikinci yeri təmin edib. 

Bürünc medallar isə səfərdə “Beşiktaş”a qalib gələn “Trabzonspor”a qismət olub. 

“Kayserispor” və “Karagümrük” isə son turun nəticələrindən asılı olmayaraq Superliqa ilə vidalaşıblar. 

Türkiyə Superliqası

XXXIII tur  

9 may

“Alanyaspor” - “Kayserispor” - 3:1

“Başakşehir” - “Samsunspor” - 3:0

“Beşiktaş” - “Trabzonspor” - 1:2

“Eyüpspor” - “Rizespor” - 4:0

“Qalatasaray” - “Antalyaspor” - 4:2

“Gənclərbirliyi” - “Kasımpaşa” - 3:2

“Göztepe” - “Qaziantep” - 2:1

“Kocaelispor” - “Karagümrük” - 0:1

“Konyaspor” - “Fənərbaxça” - 0:3

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
3
qol.az

4Mənbələr