"İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də "Toronto" ilə matçda (4:1, ikinci hissə) bir qol vurub və iki məhsuldar ötürmə edib.
Sportal.az xəbər verir ki, hazırda 38 yaşlı argentinalının karyerasındakı qollarının sayı 907-yə çatıb. O, "Barselona" forması ilə 672, Argentina millisi ilə 116, "İnter Mayami" ilə 87 və PSJ. ilə 32 qol vurub. Bundan əlavə, Messi 410 məhsuldar ötürmə edib.
Cari MLS mövsümündə hücumçunun 11 oyunda 9 qolu və 3 assisti var.
Kriştiano Ronaldo isə "Əl-Nəsr" və Portuqaliya millisi formalarında karyerası ərzində 971 qol vurub.
saytlarin hazirlanmasi