AZ

"Əsas məqsədimiz İranın nüvə silahı istehsal edə bilməməsini təmin etməkdir"

Avropa NATO-nun funksionallığını qorumalıdır.

Hakimiyyet.az xəbər verir ki, bu Almaniya kansleri Fridrix Merts bildirib. 

Merts  İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi mətbuat konfransında deyib ki, bu ittifaqı gələcəkdə də davam etdirməyə həqiqətən sadiqdirlər.

"Bəzi fikir ayrılıqları var. Hamımızın çətinliklərlə üzləşdiyimizi bilirik, amma əsas məqsədimiz bu münaqişəyə son qoymaq və İranın nüvə silahı istehsal edə bilməməsini təmin etməkdir", - deyə o bildirib.

Almaniya kansleri vurğulayıb ki, bu məqsəd ABŞ və Avropa üçün ortaq bir məqsəddir.

Elvin

Hakimiyyet.az

 

Seçilən
27
3
hakimiyyet.az

4Mənbələr