AZ

Bu klublar Super Liqanı tərk etdi

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Türkiyə Super Liqasında 2025/26 mövsümünün bitməsinə bir tur qalmış artıq liqanı tərk edəcək 2 klubun adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, çempionatın XXXIII turunda “Alanyaspor”a 3-1 hesabı ilə məğlub olan “Kayserispor”un və “Kocaelispor”a 1-0 qalib gələn “Fatih Karagümrük”ün bu mövsüm aşağı liqaya düşəcəyi dəqiqləşib.

Liqanın qarşıdakı son turunda elitanı tərk edəcək son komanda bəlli olacaq. “Antalyaspor”, “Gençlerbirliyi”, “Eyüpspor” və “Kasımpaşa” Super Liqada qalmaq uğrunda mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
futbolpress.az

1Mənbələr