AZ

Putindən NATO ölkəsi haqqında sensasion işğal açıqlaması

Rusiya Prezidenti Vladimir Putin Finlandiyanın NATO-ya üzv olmasını sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, Putin Finlandiyanın Rusiyanın zəifləyəcəyi təqdirdə ərazi iddiaları irəli sürmək niyyətində olduğunu bildirib.

Rusiya liderinin sözlərinə görə, Moskva ilə Helsinki arasında əvvəllər heç bir ərazi problemi olmayıb və bütün məsələlər çoxdan həll edilib.

Finlandiya niyə NATO-ya daxil oldu? Bizim onlarla hansısa ərazi mübahisəmiz var idi? Yox. Hər şey çoxdan həll olunmuşdu. Onlar ümid edirdilər ki, burada hər şey çökəcək və gəlib pay götürəcəklər, - deyə Putin bildirib.

O əlavə edib ki, hazırda Finlandiya Syestra çayı boyunca sərhəd infrastrukturu qurur.

Putin həmçinin bildirib ki, bu mövzuda daha sərt danışa bilərdi, lakin mədəniyyət paytaxtından olduğunu nəzərə alaraq özünü saxlayıb.

Musavat.com

Seçilən
14
1
musavat.com

2Mənbələr