AZ

Ukrayna bunu qəsdən edib - Novak

Slovakiya həm neft, həm də qaz təchizatı sahəsində Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Hazırda neft tədarükü davam edir. Slovakiyalı həmkarlarımız əməkdaşlığın və neft tədarükünün davam etdirilməsində maraqlı olduqlarını bildiriblər”, - deyə Novak qeyd edib.

O, Rusiyanın Slovakiyaya "Drujba" boru kəməri vasitəsilə neft tədarük etdiyini də vurğulayıb.

“Ukrayna Macarıstanda seçkiqabağı çətinlik yaratmaq üçün boru kəmərini blokadaya aldı. Bu səbəbdən tədarükdə üç aylıq fasilə yarandı. Bəli, Ukrayna bunu məqsədyönlü şəkildə və qəsdən həyata keçirib, halbuki infrastruktur işlək vəziyyətdə idi”, - deyə baş nazirin müavini əlavə edib.

Seçilən
14
1
olke.az

2Mənbələr