BAKI, 10 may. TELEQRAF
AĞDAM, 10 may. TELEQRAF
Ağdamda baş verən qəza zamanı 4 nəfər ölüb 3 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Hundai" markalı avtomobil qarşıdan gələn "VAZ"2106 markalı avtomobil ilə toqquşub.
Nəticədə avtomobillərdə olanlardan 4 nəfəri hadisə yerində həyatını itirib. 3 nəfər isə ağır xəsarətlər alıb.
Hazırda hadisə yerinə cəlb olunan həkim briqadası yaralıların xəstəxanaya çatdırılması prosesini icra edir. Ölənlərin hərbçi olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.