AZ

İsrail bu ölkədə gizli baza yaradıb

İsrail İrana qarşı hava əməliyyatlarına dəstək məqsədilə İraqın səhra bölgəsində gizli baza yaradıb və müharibənin əvvəlində obyekti aşkar etmək üzrə olan İraq qoşunlarına hava zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinad məlumat yayıb.

Bildirilib ki, həmin obyektdə xüsusi təyinatlı qüvvələr yerləşdirilib və bura İrana hücumdan əvvəl İsrail hərbi hava qüvvələri üçün logistik mərkəz rolunu oynayıb, lakin bazanın dəqiq yeri açıqlanmır.

Səhradakı bu hərbi obyekt mart ayında yerli çobanın bölgədəki qeyri-adi fəallıq, o cümlədən helikopter uçuşları barədə məlumat verməsindən sonra az qala ifşa olunacaqdı. Yoxlama aparmaq üçün əraziyə İraq hərbçiləri göndərilib. İsrail hava zərbələri vasitəsilə onların irəliləməsinin qarşısını alıb.

Seçilən
67
1
publika.az

2Mənbələr