Azərbaycan kubokunun 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb.
Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 azarkeş izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
mövsümfinalda tamaşaçı
19921000
199310000
1993/941350
1994/955000
1995/965000
1996/975000
1997/985500
1998/998000
1999/006000
2000/012000
2001/02-
2003/048000
2004/0510000
2005/066000
2006/0710000
2007/0820000
2008/0910000
2009/1026000
2010/1124000
2011/124300
2012/1320000
2013/1422000
2014/154500
2015/1623000
2016/1712800
2017/184500
2018/1910000
2019/20-
2020/21-
2021/223500
2022/239000
2023/245500
2024/257513