BAKI, 10 may. TELEQRAF
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Baş nazir Əli Əsədov Fəxri xiyabanı ziyarət edib.
Teleqraf xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.