Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.“BUTA.TV”nun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Ölən şəxslərin hərbçi olduqları bildirilir. FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı