AZ

XİN başçısı: İran Azərbaycana atılan dronlarla bağlı məsələnin araşdırılması barədə söz verib

ain.az, Apa.az saytına istinadən bildirir.

İran tərəfi Azərbaycana atılan dronlarla bağlı məsələnin ciddi araşdırılması barədə söz verib.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Bu hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal buna reaksiyası olmuşdur. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olub. İran İslam Respublikasının Prezidenti tərəfindən Azərbaycan Prezidentdə zəng olub. Mənim bu məsələ ilə bağlı İran xarici işlər naziri ilə telefon danışıqlarım olub. İran tərəfinin yanaşması ondan ibarətdir ki, bu dronla İran tərəfindən atılmayıb üçüncü ölkələrin təxribatı həyata keçirib. Onlar bu məsələnin ciddi araşdırılması barədə Azərbaycan tərəfinə söz veriblər. Indiki mərhələsi məsələ ilə bağlı vəziyyət belədir”, - deyə XİN başçısı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
8
apa.az

10Mənbələr