Cənubi Koreya çempionatında 13-cü turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" da növbəti matçını keçirib.
Sözügedən komanda doğma meydanda "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Anton bu matçda start heyətində yer alıb və 90 dəqiqə meydanda qalıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hesabında 16 xal olan "Daejon" hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.