Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı sonra Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.